Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mərakeş kralı milli komanda oyunçularını uğurlarına görə kral medalı ilə təltif edib

Tarix :
Mərakeş kralı milli komanda oyunçularını uğurlarına görə kral medalı ilə təltif edib

Mərakeş kralı VI Məhəmməd 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında uğurlu çıxışına görə Mərakeş millisinin futbolçularını kral medalı ilə təltif edib. 

Kral VI Məhəmməd paytaxt Rabatdakı Kral Sarayında təşkil etdiyi ziyafətdə milli komanda oyunçularını qonaq edib. Mərakeş kralı kral medalını bütün milli komandaya verməyə qərar verib. Tarixində ilk dəfə yarımfinal oynayan və FIFA Dünya Çempionatında 4-cü olan Mərakeş Milli Komandası ölkədə coşqu ilə qarşılanıb. Paytaxt Rabatda milli forma geyinən və Mərakeş bayrağı daşıyan minlərlə insan 5-ci Məhəmməd küçəsi və 2-ci Həsən küçəsində Qətərdən qayıdan Mərakeş Milli Komandasına sevgi nümayiş etdirib.