Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Onu Zelenskinin yerinə hazırlayırlar

Tarix :
Onu Zelenskinin yerinə hazırlayırlar

“Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ordu generalı Valeri Zalujnının timsalında Ukrayna prezidenti Volodimir Zelenskini əvəzləyəcək bir şəxs hazırlayır”.
Bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
“General Zalujnı kimi insanlar Ukraynanın gələcəyini həll edəcəklər. Münaqişə son mərhələyə çatanda o, danışıqlar masasına oturacaq”, – deyə Ritter vurğulayıb.
Onun sözlərinə görə, Qərb mediasında Zalujnının hərəkətlərini və bəyanatlarını gündəmə gətirmək tendensiyası var, Zelenskidən sitatlar və digər istinadlar isə azalır. 
Ritter iddia edib ki, Ukrayna prezidenti artıq əvvəlki səlahiyyətlərə malik və Vaşinqtonun qərarlarına qarşı çıxmaq iqtidarında deyil.