Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Güclü qar Kanadanın qərbində nəqliyyatın hərəkətini dayandırıb

Tarix :
Güclü qar Kanadanın qərbində nəqliyyatın hərəkətini dayandırıb

Güclü qar Kanadada yüzlərlə aviareysin təxirə salınmasına və gecikməsinə, həmçinin Britaniya Kolumbiyası Sakit okean əyalətində bərə xidmətinin qismən bağlanmasına səbəb olub.

Bu barədə çərşənbə axşamı CTV telekanalı məlumat yayıb.

Milli Meteoroloji Büronun məlumatına görə, bölgənin cənub hissəsində gecə ərzində bəzi yerlərdə 25 sm-ə qədər qar yağıb, bu, əyalətin həmin hissəsində dekabr ayı üçün aylıq yağıntı normasından demək olar, iki dəfə çoxdur.

Bölgənin ən böyük şəhəri olan Vankuver Beynəlxalq Hava Limanında əlverişsiz hava şəraiti səbəbindən yüzlərlə reys ləğv edilib və təxirə salınıb. Britaniya Kolumbiyasının cənubundakı digər şəhərlərin hava limanlarında da vəziyyət oxşardır.

Bərə operatoru "BC Ferries” Vankuver adası ərazisində demək olar, bütün reyslərin ləğv edildiyini açıqlayıb. Çoxsaylı avtobus marşrutlarının ləğv edildiyi bildirilir.