Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Robert Köçəryanın səhhəti pisləşdi

Tarix :
Robert Köçəryanın səhhəti pisləşdi

Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın səhhətində problem yaranıb.
Buna görə də o, növbəti məhkəmə prosesinə gedə bilməyib. Vəkili Hayk Alumyan təsdiqedici sənədləri məhkəməyə təqdim edib. O, Köçəryanın səhhəti ilə bağlı təfərrüatları açıqlamaq niyyətində olduğu üçün görüşün bağlı qapılar arxasında davam etdirilməsini istəyib.
 
Hakim Anna Danibekyan bununla razılaşıb və prosesdə iştirak edən şəxslərdən başqa hamının zalı tərk etməsini istəyib.
 
Xatırladaq ki, Robert Köçəryan və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorqyan Silva Hambardzumyan adlı iş adamından külli miqdarda rüşvət almaqda ittiham olunurlar.