
"NATO qüvvələri ilə Rusiya qırıcıları arasında birbaşa qarşıdurma olarsa, Alyansın qələbəsi tez görünəcək. Xüsusilə, üç gün ərzində".
Xarici KİV xəbər verir ki, bu barədə amerikalı respublikaçı konqresmen Adam Kinzinger məlumat verib.
Belə ki, sosial şəbəkə istifadəçisinin “Rusiya hərbçiləri bu qədər pafosludursa, niyə NATO onları hələ də məğlub etməyib?” sualına Kinzinger “Ümid edirəm ki, bu zarafatdır. Çünki (qarşıdurma - red .) NATO Rusiyaya qarşı üç günlük əməliyyatda onları tamamilə məhv edər".
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin 300-cü günü davam edir.
