
İstanbulun Silivri rayonunda polislərə silahlı hücum olub.
Hadisə nəticəsində yaralanan polis əməkdaşlarından biri xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı 3 şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, hadisə polis əməkdaşlarının başqa bir hadisənin təhqiqatı ilə məşğul olan zaman baş verib.