Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

9-cu sinif şagirdi müəllimin burnunu sındırdı

Tarix :
9-cu sinif şagirdi müəllimin burnunu sındırdı

Moskvada 9-cu sinif şagirdi kimya müəllimini ona irad tutduğuna görə döyüb və burnunu sındırıb. 
Bu barədə REN TV məlumat yayıb.
Hadisə dekabrın 19-da baş verib. 28 yaşlı müəllimin sözlərinə görə, onunla 15 yaşlı şagirdi arasında münaqişə olub. Müəllim şagirdə irad bildirdikdən sonra o, əsəbiləşərək müəllimə yumruqla hücum edib.
Nəticədə müəllim xəstəxanaya aparılıb. Həkimlər ona burnunun sınığı, çoxsaylı qançırlar və əl sümüklərinin sınığı diaqnozu qoyublar. Hadisə polis tərəfindən araşdırılacaq.