Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

III Çarlzın əksi olan yeni əsginaslar təqdim olundu

Tarix :
III Çarlzın əksi olan yeni əsginaslar təqdim olundu

İngiltərə Bankı 2024-cü ilin ortalarından dövriyyəyə buraxılacaq III Çarlzın təsviri olan ilk əskinasları təqdim edib.
"Sky News" xəbər verir ki, bununla bağlı bankın direktoru Endryu Beyli danışıb.
O qeyd edib ki, kral banknotlarda əks olunan ikinci monarx olacaq.
5, 10, 20 və 50 funt sterlinqlik yeni əskinasların üz tərəfində III Çarlzın əksi  var. Lakin dizayn daha əvvəl mövcud olan əskinaslardan fərqlənmir.
Mərhum kraliça II Yelizavetanın təsviri olan əskinaslar qanuni ödəniş vasitəsi olaraq qalacaq və bank onları yalnız köhnəldikcə istifadədən götürəcək. Kraliçanın portreti ilk dəfə 1960-cı ildə Britaniya əskinaslarında peyda olub.
Dekabrın əvvəlində Böyük Britaniyada kral III Çarlzın portreti olan 50 penslik sikkələr dövriyyəyə buraxılmışdı. Əskinaslarda olduğu kimi, II Yelizavetanın portreti olan sikkələr qanuni ödəniş vasitəsi olaraq qalacaq.