İrəvanda zəncirvari qəza: 27 maşın toqquşdu

Tarix :
İrəvanda zəncirvari qəza: 27 maşın toqquşdu

Ermənistanın paytaxtı İrəvanda Davtaşen körpüsündə zəncirvari qəza baş verib. 
Erməni KİV-ləri xəbər verir ki, 27 avtomobilin toqquşduğu qəzada ölən və yaralanan olmayıb. 
Bildirilir ki, qəzadan sonra magistral yol hər iki istiqamətdə bağlanıb.
Hadisə yerində xilasetmə xidməti və polis sövq edilib.