Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Benzema Fransa millisindəki karyerasını başa vurdu

Tarix :
Benzema Fransa millisindəki karyerasını başa vurdu

"Real Madrid "in hücumçusu Kərim Benzema milli komandadan ayrılıb.
O, bu barədə sosial şəbəkədə açıqlama yayıb. 
“Bu gün olduğum şəxs olmaq üçün əlimdən gələni etdim və səhvlər etdim. Və mən bununla fəxr edirəm! Hekayəmi yazdım və indi bizim ortaqlığımız sona çatır”, Benzema qeyd edib.
Benzema Fransa millisində 2007-ci ildə debüt edib. Gənclər komandasının tərkibində 17 yaşadək futbolçular arasında Avropa çempionu olub. Həmçinin, hücumçu valideynlərinin oradan olmasına baxmayaraq, Əlcəzair millisində oynamaq təklifini rədd edib .
Benzema Fransa ilə 2021 Millətlər Liqasının qalibi olub.
2015-ci ildə Matye Valbuenanın şantaj qalmaqalına görə o, milli komanda oyunlarından uzaqlaşdırılıb . Hücumçu son iki dünya çempionatını buraxıb.
Xatırladaq ki, "Qızıl top"un sahibi milli komanda ilə  Qətərə uçsa da, məşq zamanı zədələnərək vətənə qayıdıb.