Bu gün Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə Ərəbistanının İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyi xəbər verir ki, sənədi nazir Mikayıl Cabbarov və Fondun Baş icraçı direktoru Sultan Əbdülrəhman əl-Mərşad imzalayıblar.
Memorandumda Fondun ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşdirməsi üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.