Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Həkimin yazdığı reseptləri hər kəs oxuya biləcək – “Google”dan yenilik

Tarix :
Həkimin yazdığı reseptləri hər kəs oxuya biləcək – “Google”dan yenilik

“Google” “cızma-qaraları” başa düşülən mətnə çevirmək funksiyasını inteqrasiya etməklə həkimlərin pis əlyazması problemini birdəfəlik həll etmək niyyətindədir.
“TechCrunch” portalı xəbər verir ki, illik konfransında İT nəhəngi yeni funksiyanın hazırda axtarış sisteminə daxil edilən “Google Lens” yardım proqramının bir hissəsi olacağını açıqlayıb. Xəstə həkimin yazdığı reseptinin fotosunu çəkəcək və süni intellekt hansı dərmanların yazıldığını “öyrənəcək”. 
“Google” belə bir tərcüməçinin tətbiqi üçün bütün dünya üzrə əczaçılarla sıx əməkdaşlıq edib.
Hindistan “Google Lens” istifadəçilərinin əksəriyyətinin yaşadığı yer olduğu üçün indiyə kimi bu funksiya yalnız hind dilində işləyir. 
Bununla belə, şirkət ingilis və digər Avropa dillərini əlavə etməklə proqramın coğrafiyasını genişləndirməyi planlaşdırır.