Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya Azərbaycanla Türkiyənin birgə layihəsinə qarşı çıxır

Tarix :
Rusiya Azərbaycanla Türkiyənin birgə layihəsinə qarşı çıxır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsinə diqqət çəksə də, lakin Rusiya bu məsələnin əleyhinə çıxacağını qeyd edib.
Bu barədə Həştərxan vilayətindən olan rusiyalı senator Aleksandr Başkin “Həştərxan xəbərləri” saytına açıqlamasında bildirib.
O, Rusiyanın Xəzərdən keçən qaz kəmərinin çəkilməsinə razılıq verməyəcəyini deyib.
Başkin açıq şəkildə bildirib ki, imtinanın əsl səbəbi Rusiyanın Avropaya alternativ qaz mənbələri tapmasına mane olmaq istəyidir, lakin bəhanə olaraq Xəzər üçün mənfi ekoloji nəticələrdən narahatlıq göstərilir.