Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Zənginə cavab verməyən sevgilisinin üzünə "kislota" tökdü

Tarix :
Zənginə cavab verməyən sevgilisinin üzünə "kislota" tökdü

Hindistanın paytaxtı Yeni Delidə 20 yaşlı Saçin Arora mesajlarına və zənglərinə məhəl qoymayan sevgilisinin üzərinə "kislota" töküb.

Bu barədə "The Times of India" məlumat yayıb.

Gənc oğlan iki dostu Harşit Aggarval və Virender Singh ilə bir həftə ərzində cinayəti planlaşdırıb. Hücum günü Arora qohumunun motosikleti ilə 17 yaşlı qurbanın yanına gəlib. Oğlan motosikletin nömrəsini gizlədib. Gənc oğlan Sinqhdən şübhələrini aradan qaldırmaq üçün motosikletini və telefonunu başqa yerə aparmasını istəyib.

Buna baxmayaraq, hücumdan sonra Arora tez bir zamanda tapılaraq həbs olunub. O, filmdəki bir səhnəyə baxıb qızın üzərinə turşu tökmək qərarına gəldiyini etiraf edib. Üç müttəhim hökm çıxarılana qədər həbs edilib.

Zərərçəkmiş xəstəxanaya aparılıb. Onun səhhəti stabil qiymətləndirilir. "Qız bir gözü ilə yaxşı görmür. Onun sol qolu yaralanıb. Belə hallarda ödem 48-72 saat davam edir, bundan sonra onun vəziyyətini daha dəqiq qiymətləndirmək mümkün olacaq. Onun görmə qabiliyyəti bərpa olunacaq", - deyə həkim bildirib.