Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Pakistanda polis məntəqəsinə hücum: 7 nəfər girov götürüldü

Tarix :
Pakistanda polis məntəqəsinə hücum: 7 nəfər girov götürüldü

Polis idarəsini ələ keçirən silahlıların 6-7 nəfəri girov götürdüyü bildirilib. Hücum edənlərin Əfqanıstana təhlükəsiz keçmək istədiyi bildirilir. 

Pakistanın Xayber-Paxtunxva əyalətində silahlılar polis məntəqəsini ələ keçirərək içəridəki təhlükəsizlik qüvvələrini girov götürüblər. Ölkə mətbuatının məlumatına görə, Bannu Terrorla Mübarizə Mərkəzi orada saxlanılan silahlılar tərəfindən ələ keçirilib. Baş verən qarşıdurmada hücum edənlər polis idarəsində iki polis əməkdaşını yaralayıb, digər zabitləri isə girov götürüblər.