Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Aftandil İsrafilovun vəziyyəti necədir? - “Ağciyəri dözməyə bilər“

Tarix :
Aftandil İsrafilovun vəziyyəti necədir? - “Ağciyəri dözməyə bilər“

Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov hazırda xəstəxanada müalicə alır. 
Qarmon ifaçısının qızı Həcər axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, A.İsrafilov artıq kritik vəziyyəti atladıb:
"Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Həkimlər sağ olsunlar, kritik vəziyyətdən çıxartdılar. Atam indi danışa da bilir. Amma yenə də həkim nəzarətində olmalıdır. Müalicəsi uzun çəkəcək". 
O əlavə edib ki, A.İsrafilov əməliyyat olunmalıdır:
"Əməliyyat üçün hələ durumu uyğun deyil. Ağciyəri dözməyə bilər. Ona görə də həkimlər tam qərar verə bilməyiblər. Bir çox orqanında problem var".