Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Elmar Vəliyevin qardaşına qarşı dələduzluq edənlərlə bağlı yeni xəbər

Tarix :
Elmar Vəliyevin qardaşına qarşı dələduzluq edənlərlə bağlı yeni xəbər

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən Cəfər Əliyevin cinayət işi yenidən istintaqa göndərilib.
 
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
 
Cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.
 
Qeyd edək ki, Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
 
Report