Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynadan ABŞ-ın sabiq dövlət katibinə SƏRT REAKSİYA

Tarix :
Ukraynadan ABŞ-ın sabiq dövlət katibinə SƏRT REAKSİYA

ABŞ-da Riçard Nikson dövründə dövlət katibi olmuş Henri Kissincerin Rusiyanın əlində olan əraziləri özünə birləşdirərək sülh üçün danışıqlar masasına əyləşməsi zamanının yaxınlaşmasını dilə gətirməsi Ukraynanın kəskin reaksiyasına səbəb olub.
 
Xarici medianın məlumatına görə, Kissincer, “Artıq baş vermiş strateji dəyişikliklərə əsaslanmaq və sülh danışıqları üçün yeni struktura inteqrasiya etmək vaxtı yaxınlaşır. Sülh prosesi necə ifadə olunursa olunsun, Ukraynanı NATO ilə bağlamalıdır. Neytrallıq alternativinin artıq mənası yoxdur” – deyib.
Podolyak rəsmi Telegram hesabında Kissincerin yazdığı məqalə ilə bağlı açıqlama verib:
“Cənab Kissincer 10 aylıq müharibənin mahiyyətini və dünya nizamına təsirini hələ də anlaya bilməyib. Keçmiş dövlət katibinin tələb etdiyi, lakin ucadan deməkdən qorxduğu resept sadədir. “Şərqi Avropanın digər dövlətlərinə təcavüz etməmək zəmanəti verməklə, Ukraynanın bəzi hissələrini qurban verməklə təcavüzkarı sakitləşdirmək. Sadə həllərin bütün tərəfdarları aşkar olanı xatırlamalıdırlar. Ukrayna ərazisi hesabına şeytanla istənilən razılaşma pis sülhdür. Belə bir razılaşma Putin üçün qələbə və bütün dünyada avtokratlar üçün uğur resepti olardı”.