Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rəmişin xanımı iddialara cavab verdi: “Heç kimi bıçaqlamamışam!”

Tarix :
Rəmişin xanımı iddialara cavab verdi: “Heç kimi bıçaqlamamışam!”

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünün restoranda işləməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb. 
Bu haqda müğənni Niyam Salami qonaq olduğu verilişlərdən birində açıqlama verib. Onun bu açıqlaması sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Gülşən Hüseynova (Gülü) onun haqqında xəbər yazanlara, müzakirə edənlərə sərt xəbərdarlıq edib:
“Mən bundan sonra heç kimə özümlə bağlı heç bir söz deməyəcəyəm. Nə baş verib ki, kimisə soymamışam, cibə girməmişəm, adam oğurlamamışam, kimisə bıçaqlamamışam. Nə baş verib ki, bunu bu qədər işıqlandırırlar, müzakirə mövzusuna çevirirlər?!  Niyə hər şeyi yazırlar başa düşə bilmirəm, mövzu tapmırlar? Mənim üzərimdənmi reytinq yığırlar? Bu nə hərəkətdir? Mən heç yerdə işləmirəm. Bitirin bu söz-söhbəti. Bir ara Rəmiş öldü, bütün günü ondan yazdılar ki, Rəmiş ölüb, indi də Gülüdən yazırlar. Qurban olum, ayağınızın altında ölüm, bu söz-söhbətləri qurtarın. Heç kəs məni müzakirə etməsin, mənim haqqımda yazmasın. Mənim haqqımda belə şeylər yazanları görsəm, artıq onları məhkəməyə verəcəyəm! Əl çəksinlər məndən. qoyun oturum yerimdə. Mənim öz dərdim özümə bəsdir, üstümə gəlməyin!” 
Qeyd edək ki, gitara ifaçısı Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib.