Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ucarda 16 yaşlı qız ərə verildi - Araşdırma gedir

Tarix :
Ucarda 16 yaşlı qız ərə verildi - Araşdırma gedir

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.
Report xəbər verir ki, toy dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.
Kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.
Bir həftə əvvəl cütlüyün qız toyu olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.