Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yeni ildə milyonlar qazanacaq türkiyəli məşhurların Qonorarları

Tarix :
Yeni ildə milyonlar qazanacaq türkiyəli məşhurların Qonorarları

Yeni il təkcə təqvimi deyil, həm də məşhurların gəlirini də dəyişdirir. Onların bu gecədəki qonorarları kəllə-çarxa çıxmaqla, digər günlərdən fərqli olur.
Türkiyə mətbuatı xəbər verir ki, türkiyəli müğənnilərin Yeni il qonorarı açıqlanıb.
Məşhurların Yeni il konsertlərindən qazanacağı gəlir belədir:
Türkiyənin super ulduzu Ajda Pekkan Yeni il gecəsi Kiprdə olacaq. Ötən il 600 min TL alan müğənni bu il 1.5 milyon TL qazanacaq.

Paytaxt Ankarada səhnə alacağı deyilən Yıldız Tilbe 1 milyon TL qazanacaq.  

İmperator ləqəbli İbrahim Tatlısəsin Belarusda çıxış edcəəyi deyilir. Məşhur türkiyəli müğənni Yeni il gecəsi səhnəsindən 1,8 milyon TL qazanacaq.

Yeni il gecəsi İstanbulda konsert verməyə hazırlaşan Sibel Canın 1,5 milyon TL qazanacağı bildirilir.

Kiprdə səhnə alacaq Seda Sayan konsertdən 850 min TL alacaq.