Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qaranlığa qərq olan Ukraynanın peykdən görüntüsü yayımlandı - FOTO

Tarix :
Qaranlığa qərq olan Ukraynanın peykdən görüntüsü yayımlandı - FOTO

Sosial şəbəkələrdə Rusiyanın raket zərbələrindən sonra işıqsız qalan Ukraynanın peykdən çəkilən şəkli paylaşılıb.
Oxu.Az-ın məlumatına görə, görüntüləri ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) yayımlayıb.

Kadrlarda qonşu ölkələrin şəhərlərinin və infrastrukturunun parlaq işıqlarının əhatəsində qaranlığa qərq olmuş Ukrayna xüsusilə seçilir.
Qeyd edək ki, dekabrın 16-da Rusiya ordusu Ukraynanın müxtəlif sənaye komplekslərinə, həmçinin onları təmin edən enerji obyektlərinə yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə kütləvi zərbələr endirib. Nəticədə ölkə boyu elektrik enerjisinin verilişində problemlər yaranıb. NASA-nın nümayiş etdirdiyi kadrlar dekabrın 17-nə aiddir.
Xatırladaq ki, ABŞ-nin kosmik agentliyi noyabrın 24-də də Ukraynanın tam olaraq qaranlığa büründüyü barədə peykdən çəkilən fotolar yayımlamış