Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qaxda avtomobil beton maneəyə çırpıldı, xəsarət alanlar var

Tarix :
Qaxda avtomobil beton maneəyə çırpıldı, xəsarət alanlar var

Qax rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.
Hadisə Şəki-Qax-Zaqatala yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Qax rayon Turaclı kənd sakininin idarə etdiyi 10-BZ-075 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılmış beton maneəyə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.