Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda bakirə çıxan gəlinə görə atəşfəşanlıq - Qonşular şikayət etdi

Tarix :
Bakıda bakirə çıxan gəlinə görə atəşfəşanlıq - Qonşular şikayət etdi

Ötən gecə Bakıda gecə saatlarında edilən atəşfəşanlıq insanlarda qorxu və narahatlıq yaradıb. 
BAKU.WS xəbər verir ki, hadisə “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı məhəllələrin birində baş verib. 
Bu haqda PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba məlumat yayıb.
Onun sözlərinə görə, yaxınlıqda yaşayan qonşulardan biri toydan sonra “toy gecəsi”nə görə fişəng atmağa başlayıb. Atəş-fəşanlıq gecə radələrində (yəni saat 00:15-00:20-də) baş verdiyindən insanlarda qorxu və narahatlıq yaranıb:
"Sən demə, gəlin bakirə çıxdığı üçün onu qeyd edirlərmiş. Qonşular "Bu nə biabırçılıqdır?!" "Utanmazlar!", "Əxlaqsızlar!" kimi ifadələr işlədib, bir qədər mübahisə edərək dağılışıblar".
Ekspertin bu paylaşımı sosial şəbəkə istifadəçilərinin müzakirələrə səbəb olub. Onlar Vüqar Babanın fikirlərinə dəstək çıxaraq yaranmış vəziyyətdən gileyləniblər.