Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə getməyib" - Toivo Klaar

Tarix :
"Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə getməyib" - Toivo Klaar

Avropa İttifaqının (Aİ) Mülki Missiyasına məxsus patrulun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılıb.
Apa xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tvitterdə bildirib.
"Patrul o zaman Azərbaycan-Ermənistan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində idi. Missiya öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və dəhlizə daxil olmayıb", - deyə Klaar bildirib.