Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Putin Kadırova Zelenskini aradan götürmək göstərişi verib? - Peskovdan açıqlama

Tarix :
Putin Kadırova Zelenskini aradan götürmək göstərişi verib? - Peskovdan açıqlama

"Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Ukrayna lideri Volodimir Zelenskini NVO-nun əvvəlində "aradan götürmək" barədə göstəriş verməyib".
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov “The Wall Street Journal”da dərc olunan müvafiq məlumatı təkzib edib.
"Bu tam cəfəngiyatdır ”, - Peskov bildirib .
Kadırovun Zelenskini aradan qaldıracağına dair söz-söhbətləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov yazda Ukrayna radio kanalının efirində səsləndirmişdi . O, Çeçenistan rəhbərinin öz üzərinə öhdəlik götürdüyünü, onun və ya onun qrupunun Ukrayna prezidentini məhv edəcəyini bildirmişdi. Danilov səsləndirdiyi planın icrasının təfərrüatlarını açıqlayıb.
Aprelin əvvəlində Peskov Rusiya hakimiyyətinin Zelenskiyə qarşı sui-qəsd planları barədə xəbərləri təkzib edib .
Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “ Ukrayinska Pravda”ya müsahibəsində Zelenskinin artıq onun həyatına 10-dan çox cəhddən sağ çıxdığını bildirib.