Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Sudanda tayfalararası toqquşmalarda ölənlərin sayı 220 nəfəri ötüb

Tarix :
Sudanda tayfalararası toqquşmalarda ölənlərin sayı 220 nəfəri ötüb


Sudanın cənubundakı Mavi Nil əyalətində bir neçə gün əvvəl baş verən tayfalararası toqquşmalar nəticəsində 220-dən çox insan həlak olub.
Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Yerli hökumət rəsmisinin sözlərinə görə, indiyədək Cənubi Sudan bölgəsində baş verən qarşıdurmalarda 223 nəfər həlak olub.
Sözçü əlavə edib ki, təkcə yaxın keçmişdə Vad əl-Mahi bölgəsində 36 yerli sakin öldürülüb.
Sudan hakimiyyəti Mavi Nildə 30 günlük fövqəladə vəziyyət elan edib. Əyalət qubernatoru tayfalararası zorakılıq hallarını araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verib.
Bölgədə qarşıdurmalar çərşənbə günü (19 oktyabr – Red) başlayıb. Mövcud məlumata görə, buna səbəb Hausa qəbiləsinin nümayəndələri ilə qonşu icmalar arasında torpaq mülkiyyəti ilə bağlı fikir ayrılığı olub.