Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Su basan MİDA həyətləri ilə bağlı açıqlama - Video

Tarix :
Su basan MİDA həyətləri ilə bağlı açıqlama - Video

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus Yasamal Yaşayış Kompleksində yaşayan sakinlər ərazidə kanalizasiya xətlərinin işləmədəyini deyirlər. 
"Qafqazinfo"ya müraciət edən sakinlər bildirib ki, problem xüsusilə yağışlı havalarda özünü göstərir və havalar düzəlsə də, fəsadları qalır. Onların sözlərinə görə, kompleksin həyətində böyük gölməçələr əmələ gəlib: "Yağış zamanı piyadaların və avtomobillərin hərəkəti mümkünsüz olur. Ümumilikdə isə bir sıra infrastruktur obyektlərinə və avtomobillərə ziyan dəyib".
Məsələ ilə bağlı MİDA-ya sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, “Yasamal-1” və “Yasamal-2” yaşayış kompleksləri ərazisinin yaxınlığında, A.Şərifzadə küçəsində “Azərsu” ASC-nin balansında olan məişət və yağış kanalizasiya borularının tutulması və intensiv yağışların olması (ərazinin relyefi nəzərə alınmaqla) səbəbindən borulardan axan sular daşaraq kompleksin ərazisinə istiqamətlənib: “Kompleksin işçi heyəti operativ olaraq ehtiyat su nasoslarını tez bir zamanda işə salıb, bundan sonra “Azərsu” ASC-nin mühəndis və işçi heyətinə məişət və yağış kanalizasiya borularının təmizlənməsi və işlək vəziyyətə gətirilməsi üçün lazımi şərait yaradılıb. Nəticə etibarilə su basmanın qarşısı alınaraq fövqəladə vəziyyət aradan qaldırılıb”.