Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycana qanunsuz yolla 92 mindən çox siqaret gətirildi - Foto

Tarix :
Azərbaycana qanunsuz yolla 92 mindən çox siqaret gətirildi - Foto


Dövlət Gömrük Komitəsinin Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaretlər aşkar edilərək götürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Belə ki, Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57560 ədəd,  ümumilikdə 2 fakt üzrə 92960 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Qeyd edilib ki, hər iki faktla bağlı araşdırma aparılır.