Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xanım həkimlər media şər-böhtanı ilə üz-üzədir… - 32gun.az saytının yazdığı şər-böhtanla bağlı qarşı tərəf “Yeni Əkinçi.az"-a danışdı...

Tarix :
Xanım həkimlər media şər-böhtanı ilə üz-üzədir…  - 32gun.az saytının yazdığı şər-böhtanla bağlı qarşı tərəf “Yeni Əkinçi.az"-a danışdı...



Biləcəridə  yerləşən  Mərkəzi Dəmir Yolu Xəstəxanasının həkimləri  Zərnişan İsmayılova və  Səkinə Əsədova bu gün  “Yeni Əkinçi.az”ın  redaksiyasına  gələrək qarşılaşdıqları problemlə bağlı fikirlərini bildirdilər. Belə ki, 32gun.az saytı  hər iki həkimlə bağlı faktlara  söykənməyən, şər-böhtan xarakterli  yazılar dərc edib. Hətta bununla kifayətlənməyən saytın rəhbərliyi  dərc olunan yazını təkrar-təkrar tirajlayıb. Bütün bunlar azmış kimi, 32gun.az saytı böhtan xarakterli yazını   həkimlərin ailə  üzvlərinə, yaxın adamlarına göndəriblər. 
Təsəvvür edirsiniz, media orqanı vətəndaşın özəl həyatı ilə bağlı informasiyanı  ictimailəşdirir  və bu azmış kimi.... ...Həmin informasiyanı vətəndaşın yaxın ailə üzvlərinin, qohumlarının, tanışlarının ünvanına göndərir. 
Deməli, ortada  məqsədli və sifarişli cinayət əməli var. Ki, media bunu belə canfəşanlıqla yayır. “Yeni Əkinci.az”-ın müxbiri ilə söhbətində Zərnişan İsmayılova bildirib ki, 32gun.az saytının bu yazısı bütün qohumlarımın telefonuna göndərilib və sonuncu göndəriş xarici ölkədən, deyəsən Polşadan gəlib. 
İndi gördünüzmü, söhbət adi media yazısından getmir. Görəsən, bu sifarişi yerinə yetirənlər Zərnişan İsmayılovanın və Səkinə Əsədovanın doğmalarının, qohumlarının  telefon nömrəsini haradan bilirlər..? Qoy, hüquq-mühafizə orqanları bunu araşdırsın. 
Birincisi, kiminsə kiməsə borclu olması onun şəxsi kommersiya  məsələsidir.
İkincisi, bu yayılan informasiya hər iki tərəfin ailəsində münaqişəyə səbəb olub. Hər iki ailədə gərginlik yaranıb. Sonradan istər Səkinə Əsədovanın ailəsi, istərsə də Zərnişan İsmayılovanın ailəsi başa düşürlər ki, bu informasiyanı yayanlar onlara düşmən mövqe sərgiləyən şəxslərdir. Səkinə Əsədova redaksiyamıza verdiyi müsahibəsində  onu da bildirdi ki, biz ailəlikcə bir-birimizə yaxın, hətta bacı qədər əziz olan rəfiqələrik. Allahdan başqa bizim aramıza heç kim girə bilməz. İnformasiya xəbər portalında dərc olunduqdan sonra biz qərara gəldik ki, həmin xəbər portalını xüsusi ittiham qaydasında məhkəməyə verək, ailəmizə dəyən zərərin bədəlini qoy ödəsinlər. 
Sözün qısası, qanunsuz və icazə olmadan yayılan informasiya cinayət xarakterlidir. 
Müxbirimizlə söhbətində hər iki  həkim Zərnişan İsmayılova və  Səkinə Əsədova təkrar-təkrar bildirdilər ki, biz uzun illərin, az qala 30 ilin həmkarıyıq, rəfiqəsiyik, ailələrimizin səmimi münasibətləri var, haqqımızda 32gun.az saytının yazdıqları şər-böhtandır. Nə məhkəmə, nə çəkişmə, nə borc. Bizim bir-birimizin arasında olmayan məsələləri kim haqq verib ki 32gün.az saytı araşdırsın. 
Hər iki həkim sonda onu da bildirdi ki, biz həqiqi media mənsublarına həmişə hörmətlə yanaşmışıq, tənqidi qəbul edirik, amma şər-böhtana, şərəf və ləyaqətin alçaldılmasına dözmək fikrimiz yoxdur. Hətta, hər iki həkim qətiyyətlə məhkəməyə müraciət edəcəklərini də bildirdilər. Hüquq Mühafizə Orqanlarının bizə dəstək olmasını istəyirik.
Sizin tribunanız vasitəsilə ölkə başçısı hörmətli İlham Əliyevə, 1-ci Vitse Prezidentimiz Mehriban Əliyevaya xahiş edirik ki, bizi bu cür jurnalistlərin şər-böhtanlarından qorusunlar.
Sözün qısası, humanist bir sahənin nümayəndəsi olan iki hörmətli  həkim xanım şər-böhtanla üz-üzə qalıb. Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin.
P.S. Biz bir mətbu orqan olaraq, sonda iki həkim xanımlara xahiş etdik ki, mətbuat nümayəndələrini məhkəməyə verməsinlər.