Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Odessada rus yazıçılarının adını daşıyan küçə adları dəyişdirilib

Tarix :
Odessada rus yazıçılarının adını daşıyan küçə adları dəyişdirilib

Odessanın Çernomorsk vilayətinin şəhər şurası rus şair və yazıçılarının adlarını daşıyan küçələrin adlarını dəyişdirib.

Ukraynanın Odessa şəhərinin Çernomorsk vilayətinin şəhər şurası rus və sovet şair və yazıçılarının adını daşıyan bəzi küçələrin adlarını dəyişdirib. Çernomorsk şəhər şurası 3 yaşayış məntəqəsində 11 küçənin adının dəyişdirilməsi barədə qərar qəbul edib.

Aleksandrovka qəsəbəsində rus şairi Aleksandr Puşkinin adını daşıyan küçənin adı dəyişdirilərək Ukraynanın müdafiəçiləri adlandırılıb. Bundan əlavə, Yuri Qaqarin küçəsinə Leonid Kadenyuk (Ukraynalı kosmonavt) adı verilib, rus yazıçısı Lev Tolstoyun adını daşıyan küçə Qreçeskiy, Vladimir Mayakovski küçəsi isə Avropa küçəsi adlandırılıb. Malodolinskoye qəsəbəsindəki Şimidt küçəsi Kulturnıy küçəsi, Burlaça Balkadakı Yesenin küçəsi isə Portovaya küçəsi adlandırılıb.