Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanlı zabit ukraynalı hərbçiləri ölümdən xilas etdi - VİDEO

Tarix :
Azərbaycanlı zabit ukraynalı hərbçiləri ölümdən xilas etdi - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya Ukraynanın şərqinə və cənubuna yenidən uzaqmənzilli raketlərlə hücum edir.
Məlumata görə, Kiyevə Belarus ərazisindən hücum olacağı gözlənilir.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnının açıqlamasından danışan jurnalist qeyd edib ki, müharibə müddətində Ukrayna ordusunda xəyanətə görə bir general yerindəcə güllələnib, 10 general isə vəzifədən qovulub.
O da bildirilib ki, Donetskdə azərbaycanlı zabit döyüş zamanı üç ukraynalı hərbçi yoldaşını mühasirədən xilas edib.