Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyədə 20 gündür itkin düşən azərbaycanlı qadınla bağlı ŞOK İDDİA - Kənddə 35 kişi... (FOTO)

Tarix :
Türkiyədə 20 gündür itkin düşən azərbaycanlı qadınla bağlı ŞOK İDDİA - Kənddə 35 kişi... (FOTO)

Azərbaycanlı Elnarə Məmmədovanın yaşadığı Balıkəsir bölgəsindən noyabrın 22-də itkin düşməsi barədə "Müge Anlı ile Tatlı Sert" verilişində məlumat verilib. 
Bir müddətdir axtarışda olan qadınla bağlı dəhşətli iddia ortaya atılıb. 
3 avqust 2006-cı ildə Ahmet Kızmazla ailə həyatı qurub orada yaşayan E.Məmmədova barəsində sözügedən verilişdə iddia edilb ki, əqli qüsurlu olan, 2 uşaq anası  qadın itkin düşməzdən əvvəl əri tərəfindən kənddəki kişilərlə pul qarşılığında cinsi əlaqəyə girməyə məcbur edilib. Bunu canlı yayıma zəng edən izləyicilərdən biri deyib. 
Kənddə 35 nəfərin qadına təcavüz etdiyi qeyd edilib.  Efirdə bu iddianı eşidən ər isə əxlaqsız ifadələr işlədərək, iddianın yalan olduğunu bildirib. 
Aynur.M da bacısının tapılması üçün polisə müraciət edib və kürəkənləri Ahmet Kızmazdan şübhələndiyini bildirib:
"Bacımın psixi durumu sağlam deyil, deyəsən əri də bundan istifadə edirdi. Xəbər var idi ki, kənddə bacıma təcavüz edilir. Başına gələnlərdən sonra bacım ona toxunan olanda dəli kimi olurdu. Onu belə hla gətiriblər".
 
Balıkəsir Valiliyi də bu barədə yazılı açıqlama yayıb. Balıkəsirdə Kepsut rayonunda axtarışlarının davam etdiyi bildirilib.  
Elnarə Məmmədova Kızmazın itkin düşməsi barədə məlumat alan jandarma qrupları tərəfindən onun sonuncu dəfə göründüyü ərazi müəyyən edilib. 
"Jandarma patrul qrupları, JASAT, kəşfiyyat ünsürləri, Jandarma Asayiş Komando Qrupları, Bağışlayanlar, Jandarma  İt Axtarış və Xilasetmə Komandanlığı, tərəfindən həyata keçirilən işlər koordinasiyalı şəkildə həyata keçirilir. Hər cür texniki imkan və üsullarla aparılan kəşfiyyat işlərində indiyədək heç bir iz və əlamət aşkar edilməyib. Valiliyimiz tərəfindən yaxından izlənilən axtarış əməliyyatları fasiləsiz olaraq davam edir".
Bildirilir ki, qadının avqustun 31-də cinsi təcavüzə məruz qaldığı öyrənildikdən sonra məsələ jandarma tərəfindən ədliyyə orqanlarına sövq edil, əməliyyat nəticəsində 1 şübhəli həbs edilib və 2 nəfər barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. 
 Nilay

  • Türkiyədə 20 gündür itkin düşən azərbaycanlı qadınla bağlıŞOK İDDİA - Kənddə 35 kişi... (FOTO)
  • Türkiyədə 20 gündür itkin düşən azərbaycanlı qadınla bağlıŞOK İDDİA - Kənddə 35 kişi... (FOTO)
  • Türkiyədə 20 gündür itkin düşən azərbaycanlı qadınla bağlıŞOK İDDİA - Kənddə 35 kişi... (FOTO)
  • Türkiyədə 20 gündür itkin düşən azərbaycanlı qadınla bağlıŞOK İDDİA - Kənddə 35 kişi... (FOTO)