Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tacikistan və Azərbaycan arasında saziş imzalandı

Tarix :
Tacikistan və Azərbaycan arasında saziş imzalandı

Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ilə Azərbaycanın Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu barədə Tacikistan agentliyinin mətbuat xidməti məlumat yayıb.
Saziş “korrupsiyaya qarşı mübarizə, onun qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, saxlanılması və gücləndirilməsi məqsədilə” imzalanıb.
Tacikistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəhbəri Sulaimon Sultanzoda ilə Azərbaycanın baş prokuroru Kamran Əliyev arasında keçirilən görüşdə tərəflər “gələcəkdə müvafiq qurumlar arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə ediblər.