Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bacısı Ronaldonu tənqid edənləri siçovul adlandırdı

Tarix :
Bacısı Ronaldonu tənqid edənləri siçovul adlandırdı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun bacısı Katia Aveyro millinin DÇ-2022-ni tərk etməsinə münasibət bildirib.
O, bu haqda öz sosial şəbəkə hesablarında məlumat yayıb. Avyero 37 yaşlı hücumçunu tənqid edənlərə də sərt cavab verib:
“Kiçik bir dəstə siçovul İsveçrə üzərində qələbəni Ronaldo üzərində qələbə kimi qeyd edəndə biz dünya kubokunu itirdik. Milli komanda klub deyil. Komanda ölkədir. Ancaq təəssüf ki, bu dərs Portuqaliyada hələ öyrənilməmişdir".
Xatırladaq ki, Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İsveçrəyə qalib gəlsə də, 1/4 finalda Mərakeşə uduzmuşdu (0:1). Ronaldo İsveçrə və Mərakeşlə görüşlərə ehtiyat oyunçular arasında olub.