Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Müəllimlərin əməkhaqları yeni mexanizm əsasında artırılacaq

Tarix :
Müəllimlərin əməkhaqları yeni mexanizm əsasında artırılacaq

Sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcək. Bölgülər olacaq və ona uyğun da əməkhaqqı artırıla bilər. Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq".
Xezerxeber.az-ın məlumatına görə, bunu "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırilması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazirda öz fənnini bilməyən müəllimlər 60 min uşağa dərs deyirlər. Elə müəllimlər var ki, sertifikasiya imtahanında 0-10 bal yığıb.
Nazir deyib ki, 65 yaşı olan, amma sertifikasiya imtahanında yüksək nəticə toplayan müəllimlər avtomotik olaraq sistemdə saxlanılacaq.
Onun sözlərinə görə, elə kənd məktəbləri var ki, orada ibtidai sinfə bir neçə müəllim dərs deyir.
Millət vəkili Siyavuş Novruzov isə ali məktəbi bitirənlərin sertifikasiya imtahanına cəlb olunmasına qarşı olduğunu bildirib.
Nazir cavab olaraq qeyd edib ki, sertifikasiya imtahanı 4 ildən sonra bitəcək və ibtidai siniflərdə müəllim sayları tənzimlənəcək.