Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Minaya düşən FHN istehkamçısı təltif olundu - FOTO

Tarix :
Minaya düşən FHN istehkamçısı təltif olundu - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bu ilin may ayında Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış mayor Heydərov Süleyman Vaqif oğlu “İgidliyə görə” medalı ilə təltif olunub.
Cari ilin oktyabr ayında Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi, kapitan Süleyman Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib. O həmçinin, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Oktaybrın 4-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Süleyman Heydərovla görüşüb. Görüşdə rütbə və medal ona təqdim edilib.
Qeyd edək ki, S.Heydərov mina partlayışı nəticəsində hər iki gözünü və sağ qolunu itirib.
  • Minaya düşən FHN istehkamçısı təltif olundu - FOTO
  • Minaya düşən FHN istehkamçısı təltif olundu - FOTO