Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Çeçenlər Kadırova QARŞI

Tarix :
Çeçenlər Kadırova QARŞI

Putinin səfərbərlik qərarından sonra hərbi xidmətə çağırılan çeçenlərlə Kadırova bağlı birliklər arasında qarşıdurma yaşanıb.
 
Xarici medianın məlumatına görə, 1990-cı illərdən sonra Çeçenistanda yenidən vətəndaş müharibəsi təhlükəsi yaranıb.
Putinin “səfərbərlik” qərarına qarşı Kadırovun milisləri ilə üz-üzə gələn etirazçıların əllərində qumbara daşıdığı müəyyənləşdirilib.
Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı polis bölməsi olan OMON qrupları təcili olaraq bölgəyə göndərilib.
Qarşıdurmalar Çeçenistan və İnquşetiya sərhədində yerləşən Samaşki kəndi yaxınlığında baş verib.
Rusiya prezidenti Putin anbaan vəziyyətlə bağlı məlumatlandırılır. Mövzu ilə bağlı açıqlama verməsə də, 70 mindən çox çeçen döyüşçünün Ukraynaya göndəriləcəyini bildirən Kadırov televiziyada "Biz hər zaman bütün ölkələrlə sülh və anlaşma içində yaşamaq istəyirik. Amma bəzi ölkələr bunu istəmir. Bizə zarafat edilməyəcəyini göstərəcəyik” - deyib.