Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hindistanda 31 nəfər saxta spirtli içkidən ölüb

Tarix :
Hindistanda 31 nəfər saxta spirtli içkidən ölüb

Hindistanın Bihar əyalətinin Saran rayonunda saxta spirtli içki qəbul edən 31 nəfərin öldüyü, xəstəxanaya yerləşdirilən 20 nəfərdən bir neçəsinin isə görmə qabiliyyətini itirdiyi açıqlanıb.

Hindistanın Bihar əyalətinin Saran rayonunda spirtli içkilərin istehsalı, satışı və istehlakının qadağan olduğu 3 kənddə spirtli içki satışı ilə məşğul olduqları iddia edilən 3 nəfər saxlanılıb. Səlahiyyətlilər saxta içki qəbul edən 31 nəfərin öldüyünü, xəstəxanaya yerləşdirilən 20 nəfərdən bir neçəsinin isə görmə qabiliyyətini itirdiyini bildirib.

2016-cı ildən Bihar əyalətində spirtli içkilərin satışı və istehlakı qanunsuzdur. İyul ayında Qucarat ştatında saxta içki səbəbindən 39 nəfər ölüb. 2019-cu ildə ölkədə Assam ştatında 133, Uttar Pradeş ştatında isə 80 nəfər saxta spirtli içkidən dünyasını dəyişib. Hindistanın Pəncab əyalətində 2020-ci ilin avqust ayında saxta içki səbəbindən 86 nəfər ölüb.