Rusiya prezidenti Vladimir Putin Krımı ələ keçirmək üçün nüvə silahından istifadə edəcək.
Bu barədə "The Guardian" nəşri məlumat dərc edib.
Qeyd olunan məlumata görə, bu regionun qorunub saxlanması Moskva üçün o qədər mühüm vəzifədir ki, Rusiya hakimiyyəti yarımadanı qorumaq üçün taktiki nüvə silahından istifadəyə əl ata bilər.
Bundan əvvəl Kozelski raket birləşməsinin hərbçiləri Yars ICBM-ni silos atıcısına yükləyiblər. Dekabrın 13-də texnoloji əməliyyat bir neçə saat davam edib. Kozelski birləşməsinin komandiri Aleksey Sokolov bildirib ki, yeni nüvə raket silahı modeli strateji səviyyədə onlara verilən istənilən vəzifəni həll etməyə imkan verəcək.