Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ “TikTok”u dövlət işçilərinə qadağan etdi

Tarix :
ABŞ “TikTok”u dövlət işçilərinə qadağan etdi

ABŞ Senatı yekdilliklə "milli təhlükəsizlik narahatlıqları" səbəbindən federal hökumət işçilərinə "TikTok”u hökumətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini qəbul edib.

Senatın Baş Assambleyası "Hökumət Cihazlarında "Tiktoka” Yox" adlı qanun layihəsini səsə qoyub. Qanun layihəsi bütün senatorların "hə” səsi ilə qəbul edilib. Sözügedən qanun layihəsi ilə federal hökumət işçilərinə "TikTok” tətbiqini dövlətə məxsus cihazlara yükləmək qadağandır.

Qanun layihəsinin qanuna çevrilməsi üçün əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənməli, sonra isə ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.