Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Bir müəllim bir neçə fənndən dərs deyir” - Komitə sədrindən etiraz

Tarix :
“Bir müəllim bir neçə fənndən dərs deyir” - Komitə sədrindən etiraz

“Regionlarda bir çox məktəblərdə bir müəllim bir neçə fənndən dərs deyir. Bu müəllimlərin biliyinin hansı fənn üçün yetərli olduğunu aydınlaşdırmaq lazımdır”. 
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, bəzi ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırılıb: “Səbəb isə göstərildi ki, onlar yeni dönəmə uyğun deyil. Azərbaycanda isə bu edilmədi. Müəllim tək fənni tədris edən deyil, həm psixoloq, həm də pedaqoq olmalıdır. Belə faktlar da var ki, sertifikasiyadan keçən müəllim auditoriya ilə dil tapa bilmir. Baxmayaraq ki, peşəkar müəllimdir, amma psixoloq, pedaqoq deyil. Bütün bu kimi nüanslar nəzərə alınmalıdır”.