Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Formula-1” Azərbaycan Qran-prisində biletlərin qiyməti məlum oldu

Tarix :
“Formula-1” Azərbaycan Qran-prisində biletlərin qiyməti məlum oldu

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə 2023-cü il “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışı ilə bağlı mətbuat konfransı baş tutur. 
Bu gündən etibarən “Formula-1”lə bağlı bilet satışına başlanılıb.
İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faiz erkən satış endirimindən yararlana biləcəklər. 
Mətbuat konfransında çıxış edən BŞH-nin Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev bildirib ki, avtoidman yarışı Azərbaycan vətəndaşları üçün daha əlçatan edilib. Belə ki, Bakıda yarış biletləri beynəlxalq qiymətlərlə müqayisədə iki dəfəyədək daha sərfəlidir:
“Erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək təklif olunacaq”.