Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Gəncədə ər arvadını bıçaqladı

Tarix :
Gəncədə ər arvadını bıçaqladı

Dekabrın 14-ü saat 08:30 radələrində Gəncə şəhərində qadın bıçaqlanıb. 
Hadisə zərərçəkənin evində baş verib.
Belə ki, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Hazıra Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.