Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hindistanda avtobusla yük maşını toqquşdu: 15 nəfər öldü

Tarix :
Hindistanda avtobusla yük maşını toqquşdu: 15 nəfər öldü

Hindistanın Madhya Pradeş ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 15 nəfər ölüb, 40-a yaxın insan yaralanıb. 
“Report” xəbər verir ki, bu barədə “NDTV” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə Reva mahalında baş verib. Yaralılar xəstəxanalara yerləşdirilib.
Onlardan bəzilərinin vəziyyəti ağırdır. Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.