Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Qəbələ və Avazada gənclər üçün kurslar təşkil olunacaq" - Türkiyə lideri

Tarix :
"Qəbələ və Avazada gənclər üçün kurslar təşkil olunacaq" - Türkiyə lideri

"Gənclərimizin dilimizi, dinimizi, mədəniyyətimizi daha yaxşı tanıması istiqamətində yeni bir addım atdıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, hər il gənclərimiz Qəbələdə və Avazada müəyyən müddət təhsil alacaq.
"Bu vasitə ilə onlar həm Qəbələni, həm Avazanı tanıyacaq. Bununla da gənclərimiz dil, din, tarixi cəhətdən çox daha fərqli dünyagörüşə sahib olacaqdır", - deyə R.T.Ərdoğan bildirib.