Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Keçmiş məhkumlar narkotiklə tutuldu - Biri qadındır

Tarix :
Keçmiş məhkumlar narkotiklə tutuldu - Biri qadındır

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən güclü təsiredici xassəyə malik natkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, əməliyyat tədbirləri ilə rayon sakinləri, əvvəllər məhkum edilmişlər Xəyalə Cəfərova və Malik Məmmədov saxlanılıblar. Onların üzərində aparılan şəxsi axtarış zamanı X.Cəfərovadan külli miqdarda heroin və M.Məmmədovdan isə heroin və metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
  • Keçmiş məhkumlar narkotiklə tutuldu - Biri qadındır