Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Sülhməramlılar Qarabağdan çıxarılmalıdır” – Elman Nəsirov

Tarix :
“Sülhməramlılar Qarabağdan çıxarılmalıdır” – Elman Nəsirov

Son 24 saatda Qarabağda baş verənlər bir daha onu göstərdi ki, Rusiyalı hərbçilər burada sülhü deyil, erməniləri müdafiə edir.  Sülhməramlılar öz davranışları ilə təkcə erməniləri müdaifə etdiklərini göstərmir, həm də Qarabağın yalnız ermənilərə aid olduğu təəssüratını yaradırlar.

Belə olmasa idi sülhməramlıların müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda 24 saatdan artıq davam edən aksiyaya sülhməramlıların komandanlığı hansısa reaksiya verərdi.

Monitorinq komissiyasının işləməsinə şərait yaradardı. Amma başda komandan general Volkov olmaqla sülhməramlılar sadə vətəndaşlarımızın haqlı tələblərinə ikinci gündür ki, cavab vermir.
10 noyabr Bəyannaməsinin 4-cü bəndi pozulub

Nəzərə alaq ki, aksiya iştirakçılarının “Volkov, bura gəl” şüarına hansısa reaksiya olardı. Di gəl ki, rus generalı torpağında gəzdiyi, suyunu içdiyi dövlətin vətəndaşlarının çağırışlarına səs vermək əvəzinə ermənilərin müdafiəsini gücləndirir. Bu azmış kimi sülhməramlı sifətində azərbaycanlıların qarşısına erməniləri çıxardır. Bu isə adi hüquq pozuntusu deyil, bu 10 noyabr Bəyannaməsinə xəyanətdir.

Volkov Xankəndidə nə işlə mşğuldur? 

Amma neyniyək ki, general Volkov və onun 2 minlik hərbi kontingenti İrəvan konyakının təsiri, Arimberd siqaretinin tüstüsü və ən əsası erməni qızlarının sevgisindən xumarlanaraq öz missiyalarını çoxdan unudublar. 

Ermənilər tarix boyu öz məqsədləri üçün qadın faktorundan istifadə ediblər. Və bu ənənə bu gün Qarabağda davam etdirilir. Erməni qızlarının sülhməramlılara müxtəlif məqsədlər üçün intim münasibət təklif etmələri ilə bağlı son 2 ildə sosial şəbəkələrdə kifayət qədər video və foto materillar yayımlanıb.

Hətta, Ermənistanın rəsmi mənbələri bir müddət əvvəl bildirdilər ki, Xankəndində abortların sayı son vaxtlar 2-3 dəfə artıb. Üstəlik, işsiz və ac ermənilərin pul və yemək müqabilində rus əsgərləri ilə istənilən danışığa getmələri barədə də kifayət qədər məlumatlar yayılıb.
Orada söz sahibi erməni qadınlarıdır

Bu gün Qarabağda Arutyunyanlar, Vardanyanlar deyil, erməni qadınları daha fəaldır. Təkcə Volkovun deyil, bütün rus hərbçilərin fizioloji ehtiyaclarını həvəslə ödəyən hayqanuşlar, siranuşlar arekellərin,mıkırtıçların sülhmərmalı kontingentin sıralarına dürtüşdürməyə də nail olublar. Ötən gün soydaşlarımızın üzə çıxartdığı fakt onu göstərdi ki, Qarabağdakı sülhməramlıların sıralarında kifayət qədər erməni var.

Bu ermənilər öz məkrli siyasətlərini həyata keçirdikləri bir vaxtda yəqin ki, Volkov başda olmaqla sülhməramlıların əsgər və zabitləri Ermənistanda “samovolka”da eyş-işrət yaşayırlar. Ona görə də azərbaycanlıların qarşısına çıxmağa vaxt tapmırlar.

Daha bir faktı xatırladaq ki, ötən gün etirazçıların qarşısına çıxan rus polkovniki tam sərxoş vəziyyətdə idi və onun danışmağa belə heyi yox idi.

Bu və digər faktlar onu göstərir ki, Qrabağdakı sülhməramlılar artıq çoxdan öz missiyalarına və 10 noyabr Bəyannaməsinə xəyanət ediblər. Bu isə Azərbaycan hökümətinin qəti addımlar atmasına əsas verir.

“Biz 4-cü bəndə fokuslanmalıyıq”

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Elman Nəsirov bildirdi ki, soydaşlarımızın sülhməramlıların cərgəsində ermənilərin olması faktını aşkar etməsi böyük işdir:

“Bu birbaşa 10 noyabr Bəyannaməsinin 4-cü bəndinin pozulması deməkdir. Bildiyiniz kimi Bəyannamənin 4-cü bəndində Qarabağdakı erməni silahlı birləşmələrin ləğvi nəzərdə tutulub. Lakin, ötən 2 ildə nəinki, silahlı birləşmələr ləğv olunmayıb, əksinə onlara geniş meydan verilib. Sülhməramlıların sıralarında ermənilərin aşkarlanması bunun ən bariz nümunəsidir”.
Millət vəkili bildirib ki, fundamental səbəb aradan qalxmadığından biz nəticə ilə mübarizə aparmaq zorunda qalırıq:

“Bu gün gördüklərimiz hamısı nəticədir. Səbəbsə odur ki, Qarabağda kifayət qədər silahlı erməni birəşməsi var. Təsəvvür edin ki, Qarabağda erməni silahlı birləşməsi olmasaydı biz etiraz aksiyası keçirməzdik. İndiki, halda qarşımızda bir məsələ durur: ya 4-cü bəndin tələbləri yerinə yetirilməlidir, ya da bu bənd ləğv olunmalı və sülhməramlılar Qarabağdan çıxarılmalıdır”.