Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Aynişana deyirdim ki, bloqerlik etmə, əsəbiləşirəm"

Tarix :
"Aynişana deyirdim ki, bloqerlik etmə, əsəbiləşirəm"

"Yemək yeməməyim anamı əsəbiləşdirir. Gündə 10 adamlıq yemək hazırlayır. Günün sonunda isə deyir ki, niyə bitmədi? Yemək yeməyi sevmirəm".
 
Bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva "Səhər mərkəzi" proqramında deyib. Aynişan anasının ona tutduğu iradlardan danışıb. Bloqer bu işdən pul qazanması haqda suala isə "İş görürük və qarşılığı var" cavabını verib. 
 
A.Haşımova qızının qazancından danışıb:
 
"Aynişana 28 yaşına qədər hər şey alırdım. Bilmirdi nəyi nə qədər xərcləyirəm. Sonra universiteti bitirdi və bu işə başladı. Tək özünü düşünərək qurulan sistem deyil. Orada çox insanın balasına dəstək olur. Əvvəl onun işini anlamırdım, narahat olurdum. Deyirdim, əsəb verir mənə, etmə. Onun nə qədər pul xərcləməsindən, qazanmasından xəbərim yoxdur. Heç vaxt soruşmamışam ki, hansı reklamdan nə qədər almısan? Onu mən sevgi ilə dünyaya gətirmişəm. Dünyaya gələndə məndən xahiş etməyib. Düşünürəm ki, nə qədər ömrüm var, mən ona borcluyam, o, mənə yox".
 
Axşam.az