Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Yayda başım toylara o qədər qarışdı ki...“ - Afət

Tarix :
“Yayda başım toylara o qədər qarışdı ki...“ - Afət

"Qazancımda bir az geriləmə olanda mahnıları, klipləri bol edirəm. Hələ ki hər gün toylardayam. Yenə də Uralda toya dəvət almışam".
Yenilik xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı deyib.
O əlavə edib: "Yayda başım toylara qarışdı mahnılarımı kliplə təqdim edə bilmədim. Musiqisi Musa Musayevin, sözləri Mirvari İlhamın olan "Ömür yoldaşım" mahnımı kliplə təqdim etmək istəyirdim. Buna vaxtım olmadı. Axırda belə bir fikrə gəldim ki, bəylə gəlin toyda bu mahnının sədaları altında rəqs etsin, qonaqlar əl çalsınlar və bunu montaj elətdirim "YouTube" kanalımda paylaşım.
Bu arzum gerçəkləşdi. 2 gün öncə də bu mahnımın şəkillə təqdimatını verdik, çünki şəkilli təqdimatda mahnı daha da təmiz səslənir.
Popurilərə tələbat daha çoxdur, çünki hələ də "pəncü-şeş"i istəyirlər. Nə qədər yeni mahnı çıxarsam da, hamı "pəncü-şeş" istəyir. Elə toylar olub ki, özüm bezmişəm "pəncü-şeş" oxumaqdan, yeni mahnımı oxumaq istəmişəm".